Bank Of Baku

Hüseyn Abdullayevin valideynləri növbəti dəfə prezidentə müraciət ediblər

Hüseyn Abdullayevin valideynləri növbəti dəfə prezidentə müraciət ediblər
# 04 aprel 2007 12:27 (UTC +04:00)
H. Abdullayevin xəbər xidmətindən APA-ya verilən məlumata görə, millət vəkilinin atası Abbas Abdullayev müraciətində oğlunun həbsdən azad olunmasını xahiş edib. A. Abdullayev prezidentdən onu qəbul etməsini istəyib: “Sizdən xahiş edirəm ki, dəyərli vaxtınızdan bir neçə dəqiqə mənə ayırasınız. Oğlumun həbsi ilə bağlı Sizə verilən məlumatlar həqiqətə uyğun deyil. Əgər bir valideyn kimi məni qəbul edib, fikirlərimi dinləsəniz, Hüseyn Abdullayevin günahsızlığına tam əmin olacaqsınız”.
H. Abdullayevin həbsi ətrafından siyasi spekulyasiyaların getməsindən narahatlığını ifadə edən A. Abdullayev dövlət başçısına müraciətində bəzi qüvvələrin bu məsələni siyasiləşdirməsindən də əndişələndiyini vurğulayıb: “Hətta oğluma cəza verilsə belə, o, ümummilli liderimizin ideyalarına sadiq qalacaq. Cənab prezident, biz ailəlikcə Sizi dəstəkləyirik və bəyan edirik ki, bu hər zaman da belə olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR