Bank Of Baku

Amerika Azərbaycan Cəmiyyəti ABŞ Konqresinin Alt Komitəsinə müraciət göndərib

Amerika Azərbaycan Cəmiyyəti ABŞ Konqresinin Alt Komitəsinə müraciət göndərib
# 04 aprel 2007 13:30 (UTC +04:00)
Amerika Azərbaycan Cəmiyyəti (AAC) ABŞ Konqresinin Dövlət, Xarici Əməliyyatlar və Müvafiq Proqramlar Alt Komitəsinə ölkənin 2008-ci il dövlət büdcəsində Cənubi Qafqaz ölkələri üçün nəzərdə tutulan maliyyə yardımı ilə bağlı müraciət göndərib. Cəmiyyətin sədri Tomris Azərinin APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, məktubda gələn il Azərbaycana İqtisadi Dəstək Fondu hesabına 18 milyon, xarici hərbi yardım qismində 4.8 milyon və hərbiçilərimizin təlim-tədrisinə 1 milyon dollar ayrılması qərarı dəstəklənib. Eyni zamanda Tomris Azəri qeyd edib ki, Ağ Ev administrasiyasının Azərbaycan üçün ayırdığı maliyyə yardımı ölkəmizin ABŞ-a yaratdığı imkanlara tam adekvat deyil. O, Alt Komitə üzvlərini yardımın həcmini müzakirə etməyə çağırıb. Müraciətdə Azərbaycanın NATO ilə Fərdi Əməkdaşlıq Planı çərçivəsində əməkdaşlıq edən müsəlman dövlət olduğunu, bu əməkdaşlığın dərinləşəcəyi, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və 2006-cı ildən fəaliyyətə başlayan Bakı-Tiflis-Ceyhan kəmərinin həm Klinton, həm də Buş administrasiyası tərəfindən dəstəkləndiyi vurğulanıb. Tomris Azəri Alt Komitəsi üzvlərinə martın 22-də xarici işlər naziri Elmar Məmmədyarov və dövlət katibi Kondoliza Rays arasında enerji təhlükəsizliyi barədə anlaşma memorandumu imzaladığını xatırladıb: “Təhlükəsizlik məsələsinə gəldikdə isə rəsmi Bakı antiterror koalisiyasına qoşulan ilk ölkələrdən biridir. Ölkəmiz terrorçu fəaliyyətdə şübhəli bilinən şəxsləri həbsinə nail olaraq ekstradisiya edib, kütləvi qırğın silahlarının yayılmaması istiqamətində gördüyü işlər ABŞ hökuməti tərəfindən alqışlanıb. Bundan başqa Azərbaycan əsgəri Kosovo, Əfqanıstan və İraqda keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. Bütün bunları nəzərə alaraq Amerika Azərbaycan Cəmiyyəti “Azadlıq Aktı”na 907-a düzəlişin ləğv edilməsini, Dağlıq Qarabağın erməni icması ilə yanaşı Azərbaycan icmasına da maliyyə yardım göstərilməsini vacib sayır. Azərbaycanın hər onuncu vətəndaşı erməni təcavüzü nəticəsində qaçqın həyatı yaşayır, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu ABŞ-ın bütün rəsmi orqanları tərəfindən tanınıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR