Bank Of Baku

“Azərbaycan Yolu” Siyasi Hərəkatı ilə Milli Demokrat Partiyası arasında əməkdaşlıq sazişi imzalanıb

“Azərbaycan Yolu” Siyasi Hərəkatı ilə Milli Demokrat Partiyası arasında əməkdaşlıq sazişi imzalanıb
# 04 aprel 2007 13:50 (UTC +04:00)
“Azərbaycan Yolu” Siyasi Hərəkatı ilə Azərbaycan Milli Demokrat Partiyası arasında bu gün əməkdaşlıq sazişi imzalanıb. Bu barədə APA-ya AYSH-nin mətbuat xidmətindən məlumat verilib. Sazişdə tərəflər ölkədə gedən vətəndaş cəmiyyəti quruculuğunda və demokratikləşmə prosesində fəal iştirak etmək, insan hüquq və azadlıqları problemlərinin həllində öz səylərini birləşdirmək, seçkilərin demokratikliyinin təmin olunması, Dağlıq Qarabağ problemi və digər məsələlərdə birgə fəaliyyət göstərməklə bağlı razılığa gəliblər. MDP sədri İsgəndər Həmidov AYSH-nin qiymətlərin artımına etiraz olaraq mayın 12-nə təyin etdiyi aksiyanı dəstəklədiklərini və aksiyada iştirak edəcəklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR