Bank Of Baku

Sərbəst toplaşmaq azadlığı ilə bağlı vəziyyəti öyrənmək üçün İşçi Qrup yaradılıb

Sərbəst toplaşmaq azadlığı ilə bağlı vəziyyəti öyrənmək üçün İşçi Qrup yaradılıb
# 04 aprel 2007 14:29 (UTC +04:00)
Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının təşəbbüsü ilə ölkədə sərbəst toplaşmaq azadlığının vəziyyətini aydınlaşdırmaq məqsədi ilə keçirilən monitorinqlə bağlı İşçi Qrup yaradılıb. Bu barədə APA-ya liqanın sədri Sahib Məmmədov məlumat verib. İşçi Qrup icra hakimiyyəti orqanlarının sərbəst toplaşmaq azadlığı ilə bağlı aktlarını, “Daxili Qoşunların statusu haqqında”, “Polis haqqında” qanunları, İnzibati Xətalar Məcəlləsini müqayisəli təhlil edəcək, mövcud vəziyyəti öyrənəcək. Layihə çərçivəsində aprelin 1-dən mətbuatın monitorinqi də başlanıb. S. Məmmədov bildirib ki, monitorinq mərhələsi dörd ay ərzində yekunlaşacaq. Monitorinqin sonunda hesabat hazırlanaraq hakimiyyət orqanlarına, beynəlxalq təşkilatlara təqdim olunacaq. Qeyd edək ki, sərbəst toplaşmaq azadlığının vəziyyətini öyrənmək məqsədi ilə həyata keçirilən monitorinq martın 1-dən başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR