Bank Of Baku

MDB hökumət başçılarının Yalta toplantısının gündəliyinə 24 məsələ daxil edilib

MDB hökumət başçılarının Yalta toplantısının gündəliyinə 24 məsələ daxil edilib
# 04 aprel 2007 15:07 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyi Daimi Nümayəndələr Şurasının bu gün Minskdə keçirilən iclasında mayın 25-də Yaltada keçiriləcək MDB hökumət başçıları Şurasının iclasının gündəliyi təsdiqlənib. APA-nın məlumatına görə, gündəliyə 24 məsələ daxil edilib. Müzakirə olunacaq məsələlər arasında ümumi elektrik enerjisi bazarının formalaşması, bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq, kollektiv sülhməramlı qüvvələr personalının sosial-hüquqi təminatları, birgə film istehsalı haqqında və digər sazişlər var. MDB hökumət başçıları həmçinin quş qripinin yayılmasının qarşısının alınmasını, Dövlət və İctimai Teleradio Rəhbərləri Şurasının yaradılmasını, maliyyə xarakterli bir sıra məsələləri, həmçinin Şuranın növbəti iclasının tarixi və Şurada sədrlik məsələsini müzakirə edəcəklər. Moldovanın təklifi ilə gündəliyə 2008-ci ildə Kişinyovda 7-ci MDB ölkələrinin beynəlxalq idman oyunlarının keçirilməsi, MDB İcra Komitəsinin təklifi ilə isə 2008-2010-cu illər üçün cinayətkarlıq və narkotiklərin, psixotrop maddələr və prekursovların qeyri-qanuni dövriyyəsi ilə birgə mübarizəyə dair dövlətlərarası proqram layihəsinin hazırlanması məsələləri salınıb. MDB hökumət başçıları Şurasının iclasında müzakirə olunacaq bəzi sənədlər isə aprelin 25-də Astanada keçiriləcək MDB xarici işlər nazirləri Şurasının iclasında razılaşdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR