Bank Of Baku

Mehman Cavadoğlu: “Bilinmir ki, “Azadlıq” bloku hakimiyyətə müxalifətdədir yoxsa, Müsavata...”

Mehman Cavadoğlu: “Bilinmir ki, “Azadlıq” bloku hakimiyyətə müxalifətdədir yoxsa, Müsavata...”
# 04 aprel 2007 15:09 (UTC +04:00)
“Müsavat Partiyası seçki komissiyalarının formalaşdırılması ildə bağlı Milli Məclisə təqdim etdiyi təkliflərlə hakimiyyətin maraqlarına xidmət edib. Onların irəli sürdüyü 9 təklifin 8-i yenə də seçki komissiyalarını hakimiyyətin nəzarəti altında saxlayır”. Bu sözləri APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Mustafayev deyib. Müsavat funksionerlərinin məsələnin mahiyyətindən yayındığını və bu prosesi partiyalararası münaqişəyə çevirmək istədiyini bildirən F. Mustafayev məqsədin nədən ibarət olduğunu bilmədiyini qeyd edib: “Müsavatdakı bəzi şəxslər canfəşanlıq edirlər. Onlar məhz partiyanın parlamentdə iştirakının tərəfdarı olanlar, təkrar seçkiyə qatılanlar, sərbəst toplaşmaq hüququnun müzakirəsi zamanı partiya üzvlərini Bakının kənarında 200-300 nəfərlə mitinq keçirməyə təhrik edənlərdir”. F. Mustafayevin fikrincə, seçki komissiyaları 2005-ci ilin parlament seçkilərində yüksək səs toplamış YAP, AXCP, ADP, ALP və Müsavatın iştirakı ilə formalaşdırılmalıdır: “Müsavatın təklif etdiyi kimi, komissiyalar qeydiyyatdan keçmiş partiyalardan formalaşdırılsa, özlərini müxalifət elan edib hakimiyyətin yanında olan partiyalar da bu prosesdə iştirak edəcək və yenidən seçki komissiyaları hakimiyyətin nəzarətində qalacaq. Müsavat funksionerləri isə buna cavab vermək əvəzinə populizmlə məşğuldurlar. Konkret irada cavab vermək əvəzinə söyüş söymək uğurlu siyasi texnologiya deyil. Söyüşü daha yaxşı bacaranlar hesab etməsinlər ki, haqlı olduqlarını sübut edə bildilər. Təklif edirik ki, Müsavat bu mövqeyindən imtina etsin və paritet əsasları bizim təklif etdiyimiz formatda qəbul etsin”.
Müsavat başqanının müavini Mehman Cavadoğu isə APA-ya açıqlamasında AXCP-nin də təmsil olunduğu “Azadlıq” blokunun bu məsələ ilə bağlı ittihamlarının əsassız olduğunu qeyd edib: ““Azadlıq” bloku fəaliyyətini, əsasın, Müsavat Partiyasını tənqid üzərində qurub. Bilinmir ki, bu blok hakimiyyətə müxalifətdədir yoxsa, Müsavata... Atdığı addımlardan belə görünür ki, məhz Müsavata qarşı müxalifət mövqeyində dayanıblar”. Müsavat Partiyasının illərdir, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasına çalışdığını bildirən M. Cavadoğlu bu təkliflərin həm cəmiyyət, həm də müxalifət üçün xeyirli olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR