Bank Of Baku

Rusiyanın Ulyanov vilayətinin nümayəndə heyəti Azərbaycana gələcək

Rusiyanın Ulyanov vilayətinin nümayəndə heyəti Azərbaycana gələcək
# 04 aprel 2007 15:30 (UTC +04:00)
Rusiyanın Ulyanov vilayətinin nümayəndələri Azərbaycana rəsmi səfər etmək istədiklərini bildiriblər. Bu barədə “APA-Economics”ə Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyindən məlumat verilib.
Nümayəndəlikdən bildirilib ki, martın sonunda Moskvada Azərbaycan və Ulyanov vilayəti hökumətləri arasında əməkdaşlığa dair saziş təsdiqlənib. Sənədə əsasən, yaxın gələcəkdə Ulyanov vilayətinin qubernatoru Sergey Morozovun başçılığı ilə vilayətin nümayəndə heyətinin Bakıya səfərinin təşkil ediləcəyi gözlənilir. Həmçinin, Azərbaycan hökuməti nümayəndə heyətinin də Ulyanov vilayətinə səfər edəcəyi mümkündür. Hazırda tərəflər səfərlərin müddətlərini dəqiqləşdirir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR