Bank Of Baku

Müxalifətçilər AŞPA-ya dəvət olunub

Müxalifətçilər AŞPA-ya dəvət olunub
# 04 aprel 2007 15:53 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel AXCP sədri Əli Kərimli, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət və Müsavat Partiyasının sədri İsa Qəmbəri qurumun Strasburqda keçiriləcək yaz sessiyasına dəvət edib. AXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dəvətdə məqsəd kimi Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müzakirələrdə müxalifət liderinin də iştirak etməsi göstərilib.
Məlumatda o da bildirilir ki, AXCP sədri Əli Kərimlinin ümumvətəndaşlıq pasportu olmadığından onun bu müzakirələrdə iştirakı sual altındadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR