Bank Of Baku

AXCP Sədr Aparatının iclasında partiyanın qurultayına hazırlıq məsələləri müzakirə olunub

AXCP Sədr Aparatının iclasında partiyanın qurultayına hazırlıq məsələləri müzakirə olunub
# 04 aprel 2007 16:16 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası Sədr Aparatının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, “Azadlıq” bloku Məclisinin komissiyalarının işinin gücləndirilməsi və AXCP-nin növbəti qurultayına hazırlıq məsələləri müzakirə olunub. Müzakirələrdə blokun yaxın vaxtlarda ölkənin müxtəlif sahələrində yaranmış problemlər, o cümlədən Seçki Məcəlləsinin dəyişikliklərin edilməsi ilə bağlı əlavə sənədin hazırlanaraq ictimaiyyətə çatdırılması və ölkədəki sosial-iqtisadi böhranla bağlı blokun müvafiq strukturlarının qarşısında duran məsələlər və komissiya üzvlərinin görəcəyi işlərə toxunulub. Toplantıda partiyanın hüquq komissiyası tərəfindən Seçki Məcəlləsinə ediləcək dəyişikliklər və təkliflərlə bağlı sənəd tam hazır olduğu bildirilib. Yeni hazırlanmış sənəddə dəyişikliklərlə bağlı təkliflər öz əksini tapıb. Sədr Aparatı AXCP-nin qurultaya hazırlıq üzrə məsələ barədə də müzakirələr aparıb. Ali Məclisi Rəyasət Heyətinin növbəti iclasında Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin tərkibinin təsdiq olunması, qurultayın keçirilməsi və rayon şöbələrində konfransın keçirilməsi ilə bağlı işçi qruplarının yaradılması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR