Bank Of Baku

Səməd Seyidov: “Həmməruzəçilərin hesabatındakı müsbət məqamlar bizi qane edir”

Səməd Seyidov: “Həmməruzəçilərin hesabatındakı müsbət məqamlar bizi qane edir”
# 05 aprel 2007 08:42 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O, sənəddə tənqidlərə də yer verildiyini və bununla bağlı öz fikirlərini bildirməyə hazır olduqlarını söyləyib. Martın 28-də Monitorinq Komitəsində keçirilən müzakirələrdən sonra həmməruzəçilər Toni Lloyd və Anders Herkelin hazırladıqları məruzəyə dəyişiklik edib-etmədikləri ilə bağlı sualı cavablandıran S. Seyidovun sözlərinə görə, sənədə Azərbaycanda baş verən dəyişikliklər, insan haqları, Venesiya Komissiyası ilə birgə iş və digər məsələlərlə bağlı bir çox pozitiv məqam daxil edilib. Ermənistan nümayəndə heyətinin AŞPA sessiyasında iştirak etməyəcəyinə münasibət bildirən S. Seyidov bunu həmin ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqələndirib: “Bu addımın qanuni və ya qeyri-qanuni olmasından söhbət gedə bilməz. Sessiyaya gəlmək lazımdır, lakin hansısa obyektiv səbəblər varsa, nümayəndə heyəti gəlməyə də bilər. Ermənistandakı seçkilərdən sonra bu ölkənin AŞPA-da yeni nümayəndə heyəti formalaşacaq və iyun ayından fəaliyyətə başlayacaq”. AŞPA-nın yaz sessiyasının gündəliyindəki hansı məsələlərin Azərbaycan üçün prioritet təşkil etdiyinə dair suala cavab verən S. Seyidov bütün məsələlərin Bakı üçün prioritet olduğunu bildirib: “Azərbaycan Avropa məkanının ayrılmaz tərkib hissəsidir. Avropa ilə bağlı bizi maraqlandırmayan hər hansı məsələ ola bilməz. Bizi Avropada insan haqlarının vəziyyəti, seçki prosesinin təşkili, uşaq miqrasiyası və digər məsələlər ciddi maraqlandırır. Azərbaycan Avropanın bir hissəsi olduğu üçün bütün bu məsələlərin bizə də aidiyyəti var”. S. Seyidov GUAM ölkələrinin AŞPA-dakı nümayəndə heyətlərinin görüşünün keçiriləcəyini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR