Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis: “Azərbaycanla siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı daha da inkişaf etdirəcəyimizə ümidvarıq”
- Azərbaycan və Yunanıstan arasındakı mövcud münasibətləri necə səciyyələndirərdiniz?
- Azərbaycan və Yunanıstan arasında yaxşı siyasi və mədəni əlaqələr mövcuddur. Son iki il ərzində yüksək səviyyəli görüşlərin dinamik mübadiləsi müşahidə olunur ki, bu da əlaqələri genişləndirməyə kömək edir. Yunanıstan ümidvardır ki, biz siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirəcək və dərinləşdirəcəyik. Bu baxımdan Azərbaycan nümayəndə heyətinin Afinada keçiriləcək Yunanıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasında iştirakını səbirsizliklə gözləyirik.
- Yunanıstanın Kosovo probleminin həllində rəsmi mövqeyi nədən ibarətdir?
- Yunanıstanın yürütdüyü siyasətin əsas məqsədi çiçəklənən iqtisadiyyatlar, vətəndaşlar üçün fürsətlərin olması, sülh, təhlükəsizlik və sabitlik ilə səciyyələnən Cənub-Şərqi Avropa qonşularına malik olmaqdan ibarətdir. Fikrimizcə, Kosovo məsələsinin uzunmüddətli və dəstəklənən həll modelinin işlənib hazırlanmasına ehtiyac var. Bunun üçün beynəlxalq ictimaiyyətin müxtəliflikləri aradan qaldırmaq, istənilən həllin işlək və uzunmüddətli olmasını təmin edəcək kompromisi əldə etmək istiqamətində səylərini dəstəkləyirik. Yunan hökumətinin Kosovonun gələcək statusu məsələsi üzrə mövqeyi üç hissədən ibarətdir. Birincisi, istənilən həll variantının Avropa İttifaqının prinsip və dəyərlərinə uyğun gəlməsində təkid edirik. İkincisi, düşünürük ki, əgər demokratik Kosovo meydana gələcəksə, o, dinindən və etnik mənşəyindən asılı olmayaraq, bütün vətəndaşlarının hüquqlarına qarşı dözümlü olacaq və onları himayə edəcək çoxmillətli və çoxmədəniyyətli cəmiyyətə çevrilməlidir. Üçüncüsü, beynəlxalq ictimaiyyət əmin olmalıdır ki, tətbiq olunacaq istənilən həll variantı regionun sabitliyinə mənfi təsir göstərməyəcək.
- Sizcə, Kosovonun mümkün müstəqillik presedenti postsovet respublikalarındakı “dondurulmuş münaqişələrə” tətbiq oluna bilərmi? Bu, beynəlxalq sabitlik üçün təhlükəli olmazmı?
- İnanmıram ki, Kosovo məsələsi presedent təşkil edə bilər. Kosovodakı vəziyyət qətiyyən digər bölgələrdəki durumla müqayisə oluna bilməz. Kosovo təcrübəsi yeganədir; onun öz tarixi trayektoriyası, öz daxili xüsusiyyətləri, öz müasir gerçəklikləri var. Çox spesifik olan bir vəziyyəti kontekstdən götürüb hər yerdə tətbiq etməyə cəhd göstərmək, onu ümumiləşdirmək yanlışdır.
- Yunanıstan keçmiş sovet respublikalarındakı “dondurulmuş münaqişələr”, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə hansı mövqeni tutur?
- Yunanıstan ərazi bütövlüyü və bütün sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünə tərəfdardır. Bu, təbii ki, Azərbaycan da daxil olmaqla bütün keçmiş sovet respublikalarının sərhədlərinə aiddir. Ermənistan-Azərbaycan münaqişəsinə gəlincə, biz Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə hər iki tərəfi qane edən həll variantını tapmaq istiqamətində səylərini dəstəkləyirik. ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin münaqişənin nizamlanmasına yönəlmiş səyləri də olduqca əhəmiyyətlidir. Biz ürəkdən ümid edirik ki, münaqişənin sülh yolu ilə həll variantı tezliklə tapılacaq və qaçqınlar təhlükəsiz surətdə öz evlərinə qayıda biləcəklər.
- "Nabucco" layihəsinin Yunanıstan üçün əhəmiyyəti nədən ibarətdir?
- ”˜Nabucco”™ layihəsi Avropa İttifaqının Transavropa Enerji Şəbəkəsinə daxildir və Avropa İttifaqı ilə qonşu ölkələr üçün prioritet təşkil edir. Nəticə etibarı ilə Yunanıstanın layihəyə birbaşa cəlb olunmasa da, biz onun tikintisini dəstəkləyirik. Bunu həyati əhəmiyyətə malik olmasını güman etdiyimiz iki başlıca səbəb üzündən edirik. Birincisi, bu layihə enerji təchizat yollarını müxtəlifləşdirəcək. İkincisi, 2011-ci ildə fəaliyyətə başlayacaq “TGİ Interconnector Project” ilə birlikdə hər iki kəmər Avropanın enerji təhlükəsizliyinə böyük xidmət edəcək.
- Yunanıstanın siyasi-ictimai həyatında müsəlman icmasının fəallığı necədir?
- Biz yunanlar bütün dinlərə dərin hörmət bəsləyirik. Əsrlər boyu müsəlmanlarla bərabər yaşamışıq və İslamı yaxından qavramışıq. Biz dinlərarası dialoqun tərəfdarları və yardımçılarıyıq. Düşünürük ki, bütün inancların ruhani liderlərinin dostluq və sülh əlini uzatmalarına ehtiyac var. Bu, bizim sülh içərisində birgə yaşamağımız üçün əsas şərtdir. Biz müxtəlif inanclara mənsub insanlar arasında fərq qoymuruq və Yunanıstanda yaşayan müsəlmanlar başqa sakinlər ilə birlikdə eyni haqlara və öhdəliklərə malikdirlər. Qanun və dövlət qarşısında bərabərlik dinindən asılı olmayaraq Yunanıstanda qəti kök salmış dəyərdir.
- Yunanıstan üçün ölkəmizdə enerji sahəsindən başqa hansı sahələr cəlbedicidir?
- Azərbaycan qaynaqlar çələnginə malik olan möcüzəli ölkədir. Ölkəniz kənd təsərrüfatı, inşaat, rabitə, bank, telekommunikasiya, nəqliyyat və əlbəttə ki, turizm sektorlarına yatırım qoymaq üçün geniş imkanlar təklif edir. Üstəlik ölkələrimiz mədəni sahədə əlaqələrini daha da genişləndirə bilərlər. Misal üçün, bilirəm ki, Azərbaycan xalqı yunan mədəniyyəti və sivilizasiyasına böyük maraq nümayiş etdirir. Bakı Slavyan Universitetindəki Yunan Mədəniyyət Mərkəzi Azərbaycan tələbələrinə yunan dili və sivilizasiyasını təbliğ etmək və öyrətmək istiqamətində diqqətəlayiq iş görür. Azərbaycan çoxsaylı mədəni və turizm baxımından cazibəli təkliflər ortaya qoymaq iqtidarında olan ölkədir. Məsələn, inqilabdan əvvəlki qədim evlərə sığınmış incəsənəti və tarixi muzeyləri ilə Bakının qədim hissəsi çox möhtəşəmdir. Bundan başqa, YUNESKO tərəfindən Dünya İrsi siyahısına daxil edilmiş Bakıdakı Şirvanşahlar Sarayı və Qız qalası göz oxşayır. Qısacası, turizm və mədəniyyət üzrə əməkdaşlıq hər iki ölkənin çoxsaylı böyük imkanlar ortaya qoya biləcəyi sahələrdir.
- Azərbaycanın Avropa İttifaqına üzvlük perspektivini necə dəyərləndirirsiniz?
- Yunanıstan üçün Azərbaycan mühüm, dəyərli tərəfdaş və müttəfiqdir. Yunanıstan 2003-cü ildə Avropa İttifaqına sədrlik edib və bu müddətdə ölkəmiz Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını dəstəkləyib. Biz Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin olunması fikrini də dəstəkləmişik. Avropa İttifaqı-Azərbaycan münasibətləri müxtəlif səviyyələrdə inkişaf etməkdədir. Ölkəniz 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2006-cı ildən Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin tərəfdaşıdır. Fikrimcə, Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planının imzalanması iki tərəfin daha da yaxınlaşmasına öz töhfəsini verəcək. Bu, eləcə də Azərbaycana apardığı islahatlarda da kömək edəcək. Bundan başqa, Avropa İttifaqı və Azərbaycan anlaşma memorandumu imzalamaqla enerji sektorunda əməkdaşlığın yeni erasına daxil olublar. Memorandumun imzalanması yalnız əməkdaşlıq üçün hüquqi çərçivə təmin etmir, bu, həm də hər iki tərəfin tərəfdaş olmaq kimi siyasi iradələrinin bariz ifadəsidir.
- Yunanıstan NATO-ya üzv ölkə kimi Azərbaycana hərbi əməkdaşlığı genişləndirmək niyyətindədirmi?
- Əməkdaşlığın nümunələri mövcuddur. Məsələn, biz Şimali Yunanıstandakı Kilkis Çoxmillətli Sülhə Dəstək Əməliyyatları Təlim Mərkəzində Azərbaycan zabitlərinə təlimlər keçmişik. Bu mərkəz NATO-nun 11 Sülh Naminə Tərəfdaşlıq təlim mərkəzlərindən biridir. Biz bu təlim proqramının təkrar edilməsini istəyir və buna sevinərdik. Yunanıstan Sülh Naminə Tərəfdaşlıq Proqramı qarşısında öhdəliklərini, onun ikitərəfli hərbi əməkdaşlıq üzrə saziş imzalamaq istəyini alqışlayır. Yunan hökuməti həmişə əməkdaşlıq və tərəfdaşlıq ideyasını dəstəkləyib və ona yardımçı olub. Fikrimizcə, tərəfdaşlıqlar və ittifaqlar sülh və təhlükəsizliyi gücləndirir. Ona görə də, Azərbaycan tərəfinin irəli sürəcəyi sıx əməkdaşlıq barədə istənilən təklifi alqışlayırıq.
- Yunanıstan Bolqarıstan və Rusiya ilə birlikdə Burqas-Aleksandrupolis kəmərinin tikintisini nəzərdə tutan saziş imzalayıb. Bu layihə Bakı-Tiflis-Ceyhan kəmərinə alternativdirmi?
- Mart ayı Burqas-Aleksandrupolis kəmərinə dair üçtərəfli sənədin imzalanması ilə əlamətdar oldu. Yunanıstan, Rusiya və Bolqarıstan Rusiya xam neftinin Aralıq dənizi sahillərinə nəqlini həyata keçirəcək neft kəmərinin inşası barədə sənədə imza atdılar. Bu, iqtisadi baxımdan daha effektiv olacaq və Boğazlardakı ətraf mühitə zərər riskini azaldacaq. Üstəlik, o, artıq yüklənmiş Bosfor boğazlarının rahatlanmasına xidmət edəcək. Həmin mühüm layihəyə Boğazlar və ya Bakı-Tiflis-Ceyhan kəmərinə alternativ layihə kimi baxmaq yanlışdır. Burqas-Aleksandrupolis və Bakı-Tiflis-Ceyhan kəmərləri kimi geniş miqyaslı enerji layihələri beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. Bu layihələrə bir-biri ilə rəqib deyil, bir-birinin tamamlayıcısı olaraq nəzərdən keçirilə bilər. Bu kimi layihələr planetimizin ətraf mühitinin gələcəyi baxımından vacibdir. Onlar həmçinin enerji qaynaqları marşrutlarının müxtəlifləşdirilməsi, eləcə də enerji təhlükəsizliyinin artırılması üçün həyati önəmə malikdir. Nəhayət unutmamalıyıq ki, onlar da qitəmizin geniş iqtisadi inkişafına kömək edir. /APA/

Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq