Bank Of Baku

Xəzər İbrahim: “Əminik ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri tanımayacaq”

Xəzər İbrahim: “Əminik ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri tanımayacaq”
# 05 aprel 2007 09:23 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında işğalçı Dağlıq Qarabağ rejiminin bu il iyulun 19-da keçirəcəyi “prezident seçkiləri”nə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. Diplomat bildirib ki, bundan əvvəl də separatçılar işğal etdikləri Azərbaycan ərazilərində, seçkilər, referendum və bu tipli digər tədbirlər keçirməyə çalışıb. Lakin bu addımlar heç vaxt beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb. X. İbrahim xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də hər zaman Dağlıq Qarabağda keçirilən seçkilərin hüquqi qüvvəyə malik olmadığını bildirirlər: “Biz əminik ki, bu seçkilər də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR