Bank Of Baku

AKP millət vəkili Turhan Çöməz Bakının Nargin adasında türk şəhidlərinin xatirəsinə abidə ucaldılmasını təklif edib

AKP millət vəkili Turhan Çöməz Bakının Nargin adasında türk şəhidlərinin xatirəsinə abidə ucaldılmasını təklif edib
# 05 aprel 2007 09:50 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, Turhan Çöməz müraciətində I dünya müharibəsində Nargin adasında 10 türk əsgərinin əsir saxlandığını, əsirlərdən bir çoxunun adada vəfat etdiyini bildirib. Turhan Çöməzin müraciətindən sonra babaları Nargin adasında əsirlikdə olmuş bir çox türk adada türk şəhidlərinin xatirəsinə abidə ucaldılması təklifini dəstəkləyiblər. Türkiyə Nazirlər Kabinetinin müşaviri Cünryd Zapsu babası Əbdürrəhim Zapsunun Nargində əsirlikdə olduğunu, daha sonra bir tibb bacısının köməyi ilə adadan qaçırıldığını deyib. Nargində əsirlikdə olmuş, daha sonra azərbaycanlıların köməyi ilə qaçırılan türk pilot Vecihi Hürkuşun həyatı haqqında isə film çəkilməsi məsələsi gündəmə gəlib. Türkiyə aviasiyası tarixinə ilk düşmən təyyarəsinin vurmuş pilot kimi düşən Vecihi Kürkuş ruslar tərəfindən əsir götürülərək Narginə gətirilib. Bir müddət sonra özünün dənizə ataraq sahilə qədər üzən Hürkuş azərbaycanlıların köməyi ilə vətəni Ərzuruma qayıdıb. Hürkuşun həyatı ilə bağlı film çəkmək istəyən bir film şirkəti yardım üçün Turhan Çöməzə müraciət edib. Turhan Çöməz Nargin adasında türk əsirlərin tarixi ilə bağlı araşdırmaları davam etdirəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR