Bank Of Baku

Mübariz Əhmədoğlu: “İran məsələsini həll edə bilməsə, Vaşinqtonun dünyadakı ağalığına son qoyula bilər”

Mübariz Əhmədoğlu: “İran məsələsini həll edə bilməsə, Vaşinqtonun dünyadakı ağalığına son qoyula bilər”
# 05 aprel 2007 10:22 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi (SİTM) martda baş verən beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair aylıq hesabatını açıqlayıb. APA-nın məlumatına görə, bu məqsədlə məstbuat konfransı keçirən mərkəzin rəhbəri Mübariz Əhmədoğlu ötən ay ABŞ-İran qarşıdurmasının davam etdiyini xatırladıb. Onun fikrincə, İran məsələsini həll edə bilməsə, Vaşinqtonun dünyadakı ağalığına son qoyula bilər. Mərkəzi Asiya regionunda əhəmiyyətli hadisələr sırasında ekspert Qazaxıstan prezidentinin Moskvaya səfərini və Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə münasibətləri intensivləşdirməsini qeyd edib. M. Əhmədoğlunun sözlərinə görə, Cənubi Qafqaz regionunda cərəyan edən önəmli proses isə Xəzərin enerji resurslarının Avropaya daşınması istiqamətində ABŞ-da, Avropada, Qazaxıstanda, Türkmənistanda və Azərbaycanda aparılan danışıqlardır: “Rusiya bu prosesə qısqanc və neqativ mövqe nümayiş etdirib”. Azərbaycanda baş verən proseslərə gəldikdə, M. Əhmədoğlu Azərbaycan və Türkiyə diaspora təşkilatlarının I Forumunun keçirilməsini xüsusi vurğulayıb. Onun fikrincə, bu, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı apardığı təbliğat kampaniyasının qarşısını almaq üçün mühüm addım olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR