Bank Of Baku

“Radiozavod” rəhbərliyi 122 saylı Xankəndi Seçki Dairəsinə binanı boşaltmaqla bağlı müraciət edib

“Radiozavod” rəhbərliyi 122 saylı Xankəndi Seçki Dairəsinə binanı boşaltmaqla bağlı müraciət edib
# 05 aprel 2007 10:41 (UTC +04:00)
Xətai rayonu ərazisində yerləşən “Radiozavod” elektron hesablama maşınları zavodunun rəhbərliyi zavod binasında yerləşən 122 saylı Xankəndi Seçki Dairəsinə binanı boşaltmaqla bağlı müraciət edib. Bu barədə APA-ya Dairə Seçki Komissiyasının (DSK) sədri Allahverdi Doluxanov məlumat verib. Onun sözlərinə görə, bir neçə gün əvvəl onlara müraciət edən zavod rəhbərliyi DSK-nın yerləşdiyi Robot sexinin birinci mərtəbəsindəki binalardan müəssisənin işini artırmaq məqsədi ilə istifadə edəcəklərini bildirib. A. Doluxanov bildirib ki, onlar zavod rəhbərliyinə bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət etməyi məsləhət görüblər: “Çünki biz bu binaya özbaşına yox, dövlət rəhbərliyinin müvafiq qərarı ilə yerləşmişik”.
A. Doluxanov onu da qeyd edib ki, ötən illə müqayisədə DSK-da qeydiyyatda olan seçicilərin sayı 934 nəfər artıb. 2006-cı ildə DSK-da 3284 seçici qeydiyyatda olsa da, bu il onların sayı 4218-ə çatıb. Ən çox seçici isə DSK-nın Gəncə şəhərində yerləşən 6 saylı məntəqəsində qeydə alınıb 879 nəfər. A. Doluxanov DSK-nın məntəqələrinin sayının artırılması istiqamətində iş apardıqlarını və bunun müsbət həll olunacağını qeyd edib. Xatırladaq ki, 122 saylı Xankəndi seçki dairəsinin 9 məntəqəsi var ki, onun 4-ü Bakıda, 1-i Sumqayıtda, digərləri isə bölgələrdə yerləşir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR