Bank Of Baku

Elmar Məmmədyarovun Yaxın Şərq regionuna səfəri zamanı 11 sənədin imzalanması gözlənilir

Elmar Məmmədyarovun Yaxın Şərq regionuna səfəri zamanı 11 sənədin imzalanması gözlənilir
# 05 aprel 2007 10:45 (UTC +04:00)
XİN-dən APA-ya verilən məlumata görə, nazir ilk olaraq İordaniyaya gedəcək, bu ölkənin baş naziri, xarici işlər naziri, paytaxt Əmman şəhərinin meri və digər səlahiyyətli şəxsləri ilə görüşəcək. E. Məmmədyarov 10-11 apreldə Suriyada səfərdə olacaq və bu ölkənin prezidenti, vitse-prezidenti, parlament sədri, xarici işlər naziri və Suriya şəhərlərinin ticarət palatalarının nümayəndələri ilə görüş keçirəcək. O, Azərbaycanın Suriyadakı səfirliyinin açılışına da qatılacaq. Nazir aprelin 12-də Livana yollanacaq və bu ölkənin rəhbərliyi ilə də görüşəcək. Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub bildirib ki, İordaniyada 3, Suriya və Livanda isə 8 sənədin imzalanması gözlənilir. Onun sözlərinə görə, bütün sənədlər iqtisadi sahəyə aiddir. Elmar Məmmədyarovun səfəri aprelin 13-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR