Bank Of Baku

Rəsul Quliyevin rəhbərlik etdiyi ADP Sərdar Cəlaloğlunu da qurultay nümayəndəsi seçib

Rəsul Quliyevin rəhbərlik etdiyi ADP Sərdar Cəlaloğlunu da qurultay nümayəndəsi seçib
# 05 aprel 2007 10:58 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası (ADP) aprelin 14-də keçiriləcək qurultaya ADP-nin digər qanadının rəhbəri Sərdar Cəlaloğlunu və rəhbərlikdə təmsil olunan digər şəxsləri də qurultay nümayəndəsi seçib. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov məlumat verib. Həmin şəxslərə də qurultay mandatı veriləcəyini bildirən A. Şahbazov hesab edir ki, partiya üzvü kimi onlar qurultayda iştirak etməlidirlər. Sədr müavini qurultayda qonaq qismində iştirak etmək üçün ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatların əksəriyyətinin və beynəlxalq qurumların nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin dəvət olunacağını deyib. Dəvətlilər içərisində “Azadlıq” blokunun rəhbərləri də olacaq.
ADP-nin digər hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu isə keçmiş partiyadaşlarının qeyri-ciddi qərarlar qəbul etdiyini bildirib: “Həmin adamların ADP ilə heç bir əlaqəsi yoxdur. Belə çıxır ki, onlar bu lağlağı siyasəti ilə Lenini də qurultay nümayəndəsi seçə bilərlər. Oradakıların əksəriyyəti vaxtilə YAP-da təmsil olunublar. Məsləhət görürəm ki, YAP rəhbərliyini də qurultay nümayəndəsi seçsinlər və tədbirləri daha yaxşı keçsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR