Bank Of Baku

Sərdar Cəlaloğlu: “Hakimiyyət addımlarımıza adekvat reaksiya verməsə, dialoq mümkün olmayacaq”

Sərdar Cəlaloğlu: “Hakimiyyət addımlarımıza adekvat reaksiya verməsə, dialoq mümkün olmayacaq”
# 05 aprel 2007 12:14 (UTC +04:00)
“İqtidarla müxalifət arasında dialoqun reallaşması üçün mümkün olan bütün addımları atmışıq. Əgər bizim bu addımlarımıza hakimiyyət adekvat reaksiya verməsə, dialoq mümkün olmayacaq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu deyib. Hazırkı məqamda dialoqun başlanmasının yalnız iqtidardan asılı olduğunu bildirən S. Cəlaloğlu hesab edir ki, dialoqun baş tutmayacağı halda, ölkədəki problemlərin bir çoxu həll edilməyəcək, iqtidar-müxalifət münasibətləri normallaşmayacaq: “Biz bu prosesin başlanması üçün hətta özümüzə zərbə vuran addımlar da atdıq. Bəzi dostlarımız bu siyasi kursu qəbul etdiyimiz üçün bizim ünvanımıza ittihamlar irəli sürdülər. Amma biz düşünürük ki, proses başlayandan sonra həmin şəxslər də dialoq prosesində iştirak edəcəklər. Yalnız bu yolla uğur əldə etmək mümkündür. Tərəf olaraq biz öz işimizi görmüşük və bundan sonra yenidən müraciət etmək niyyətində deyilik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR