Bank Of Baku

Latviyanın xarici işlər nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Latviyanın xarici işlər nazirinin Azərbaycana səfər proqramı açıqlanıb
# 05 aprel 2007 12:23 (UTC +04:00)
Latviyanın xarici işlər naziri Andris Pabriksin Azərbaycana səfəri zamanı Gənclər və İdman Nazirliyinin xətti ilə bir normativ baza sənədi imzalanacaq. Bu barədə APA-ya Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri Tofiq Zülfüqarov məlumat verib. Onun sözlərinə görə, Andris Pabriksin səfər proqramına prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər nazirliklərin rəhbərləri ilə görüşlər daxildir. XİN başçısı ilə birlikdə Bakıya Latviya Ticarət-Sənaye Palatasının rəsmi nümayəndələri də gələcək. Nümayəndə heyəti müxtəlif nazirliklərdə görüşlər keçirəcək, Azərbaycana biznes dairələri ilə danışıqlar aparacaqlar. Bundan başqa Latviya tərəfi Azərbaycana bir neçə investisiya layihəsi, o cümlədən ölkədə qolf idman növünün inkişafına dair layihə təqdim edəcək. Nümayəndə heyətinin tərkibinə Latviya muzeylərinin nümayəndələri də daxildir. Onlar Azərbaycan muzeyləri ilə tanış olacaq, iki ölkənin muzeyləri arasında əməkdaşlıq perspektivlərini araşdıracaqlar. Andris Pabriks Bakıdan başqa Gəncə və Şəkiyə də səfər edəcək. Qeyd edək ki, Latviya xarici siyasət idarəsi başçısının ölkəmizə səfəri aprelin 16-18-nə nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR