Bank Of Baku

YAP-ın icra katibi Əli Əhmədov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

YAP-ın icra katibi Əli Əhmədov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
# 05 aprel 2007 12:35 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bu gün Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq-Çul ilə görüş keçirib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Görüşdə Cənubi Koreya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və onun inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Səfir koreyalı iş adamlarının iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycana maraq göstərdiyini bildirib, Koreya prezidentinin ölkəmizə səfərindən ötən müddət ərzində 50-yə yaxın nümayəndə heyətinin respublikamızda olduğunu nəzərə çatdırıb. O, rəsmi Seulun ölkələrimiz arasında təkcə iqtisadi deyil, həmçinin elm, təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq münasibətlərinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Görüşdə həmçinin YAP-la Cənubi Koreyanın hakim LUİ partiyası arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Görüşdə səfirliyin I katibi Çol Yunqbay və YAP icra katibinin müavini Siyavuş Novruzov da iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR