Bank Of Baku

Georgi Qabaşvili: “Gürcüstan Patriarxlığı və Mədəniyyət Nazirliyi David Qareci monastırı ilə bağlı mövqeyini Pasxa bayramından sonra açıqlayacaq”

Georgi Qabaşvili: “Gürcüstan Patriarxlığı və Mədəniyyət Nazirliyi David Qareci monastırı ilə bağlı mövqeyini Pasxa bayramından sonra açıqlayacaq”
# 05 aprel 2007 12:36 (UTC +04:00)
“Azad turizm zonasının nə olduğunu bilmirəm və David Qareci monastır kompleksinin bu tip zona edilməsi ilə bağlı Azərbaycana tərəfi ilə heç bir danışıq aparmamışam”. Bu açıqlamanı APA-nın Gürcüstan bürosuna mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Georgi Qabaşvili verib. O, bu barədə məlumatın kim tərəfindən yayıldığını bilmədiyini vurğulayıb: “Dünyanın heç bir bölgəsində azad turizm zonası adlı ərazinin olduğunu duymamışam. Gürcüstan Patriarxlığı və Mədəniyyət Nazirliyi Pasxa bayramından sonra bu məsələ ilə bağlı vahid mövqeyini açıqlayacaqlar. Əminəm ki, Gürcüstan və Azərbaycan münasibətlərinin səviyyəsi bu problemi ağrısız həll etməyə imkan verəcək. David Qareci Gürcüstan üçün mühüm mədəni abidədir, danışıqlar zamanı bu məsələ də nəzərə alınmalıdır. Hazırda söhbət delimitasiya və demarkasiyadan gedir, bununla isə müvafiq dövlət komissiyaları məşğul olur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR