Bank Of Baku

AMİP Etibar Məmmədovun namizədliyinin dəstəklənməsi üçün danışıqlara başlayıb

AMİP Etibar Məmmədovun namizədliyinin dəstəklənməsi üçün danışıqlara başlayıb
# 05 aprel 2007 13:28 (UTC +04:00)
“2008-ci il prezident seçkilərində Etibar Məmmədovun namizədliyinin dəstəklənməsi üçün inandığımız partiyalarla danışıqlara başlamışıq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bildirib. O, E. Məmmədovun liderliyini qəbul edən partiyaların ittifaqının yaradılmasının mümkünlüyünü qeyd edib və prosesin hələlik danışıqlar səviyyəsində olduğunu deyib. A. Rüstəmov danışıq aparılan partiyaların adlarını açıqlamaq istəməyib. AMİP sədri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun təşəbbüsü ilə müxalifətin yeni güc mərkəzinin formalaşdırılması prosesində iştirak edən partiyalarla E. Məmmədovun namizədliyi ilə bağlı hər hansı müzakirə aparılmadığını bildirib: “Yeni güc mərkəzinin formalaşdırılması məsələsi tamamilə fərqli addımdır və AMİP bu prosesdə iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib. Çünki bundan əvvəl biz Siyasi Əlaqələndirmə Mərkəzində təmsil olunurduq və bu təşkilatın fəaliyyəti alınmadı. Yeni qurumun da Əlaqələndirmə Mərkəzi kimi olacağı halda biz bu prosesdə iştirak etməyəcəyik. Hazırkı məqamda isə bizim fikirlərimiz Mirmahmud Mirəlioğlu ilə üst-üstə düşdüyündən əməkdaşlığı davam etdirmək niyyətindəyik”.
AMİP lideri Etibar Məmmədov isə onun namizədliyi ətrafında blokun formalaşdırılacağı ilə bağlı məlumatlara hər hansı şərh vermək istəmədiyini deyib: “Mən hazırda başqa işlərlə məşğulam”. E. Məmmədov prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR