Bank Of Baku

Azərbaycanlı hüquq müdafiəçiləri AŞPA sessiyasında iştirak edəcəklər

Azərbaycanlı hüquq müdafiəçiləri AŞPA sessiyasında iştirak edəcəklər
# 05 aprel 2007 14:05 (UTC +04:00)
İnsan Haqları Monitorinq Qrupunun üzvləri Səidə Qocamanlı, Çingiz Qənizadə, Novella Cəfəroğlu və Səadət Bənənyarlı Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Strasburqa gedəcəklər. Bu barədə APA-ya qrupun üzvü Çingiz Qənizadə məlumat verib. O bildirib ki, səfər zamanı AŞPA rəhbərliyi, qurumun Monitorinq Komitəsinin üzvləri ilə görüşərək Azərbaycanda insan haqlarının vəziyyətini dəyərləndirəcək, siyasi məhbus probleminin həllinə yardım göstərmələrini xahiş edəcəklər. İnsan Haqlarının Müdafiəsi Federasiyasının üzvləri Eldar Zeynalov və Zəlihə Tahirova da AŞPA sessiyasına qatılacaqlar. Federasiyanın üzvü, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus deyib ki, hazırda sessiyada Azərbaycanla bağlı müzakirə olunacaq hesabatı təhlil edib müvafiq sənəd hazırlayırlar. Bu sənəddə ölkədə insan haqlarının, söz azadlığının durumu və başqa məsələlər öz əksini tapacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR