Bank Of Baku

Müsavat Məclisinə yenidən seçkilər keçiriləcək

Müsavat Məclisinə yenidən seçkilər keçiriləcək
# 05 aprel 2007 14:14 (UTC +04:00)
“Müsavat Partiyasının Məclisinin iclasında qurumda boş qalan yerlərə keçirilən seçkilərdə yalnız 4 nəfərin seçilməsi və 24 yerin yenidən boş qalmasını partiyada yekdil fikrin olmaması kimi təqdim edənlər yanılırlar. Bu, bir daha onu göstərdi ki, Müsavatda həlledici məsələlər səsvermə yolu ilə demokratik qaydada həll olunur”. Bu fikirləri APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib. Məclisin iclasının normal keçdiyini deyən İsa Qəmbər seçkilər keçirilən bütün iclaslarda gərginliyin olduğunu bildirib. Onun sözlərinə görə, Məclisdə boş yerlərin qalması qurumun fəaliyyətinə maneçilik yaratmır. Partiya başqanı növbəti iclaslarda boş yerlərə yenidən seçkilərin keçiriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR