Bank Of Baku

YAP sədrinin müavini ABŞ səfirliyinin şöbə rəhbəri ilə görüşüb

YAP sədrinin müavini ABŞ səfirliyinin şöbə rəhbəri ilə görüşüb
# 05 aprel 2007 14:40 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi-iqtisadi şöbəsinin rəhbəri Coun Polaşiki ilə görüş keçirib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Görüşdə YAP-ın ictimai-siyasi hadisələrə münasibəti, partiyanın yerli strukturlarında həyata keçirilən tədbirlər və partiyalararası dialoq ətrafında fikir mübadiləsi aparılıb. ABŞ səfirliyinin təmsilçisi YAP-ın partiyalararası dialoq təşəbbüsünün həmişə yüksək qiymətləndirildiyini qeyd edib, hakim partiya ilə müxalifət partiyaları arasında dialoqun yenidən bərpa olacağına əminliyini bildirib. Görüşdə YAP sədrinin müavini hakim partiyanın cəmiyyəti maraqlandıran məsələlər ətrafında partiyalararası dialoqun tərəfdarı olduğunu nəzərə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR