Bank Of Baku

YAP-ın Salyan rayon təşkilatının sədri dəyişdirilib

YAP-ın Salyan rayon təşkilatının sədri dəyişdirilib
# 05 aprel 2007 14:57 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Salyan rayon təşkilatının VII konfransı keçirilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. 212 nümayəndənin iştirak etdiyi konfransda təşkilatının sədri Etibar Hüseynov VI konfransdan ötən dövr ərzində görülmüş işlər barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Hesabatda rayon təşkilatının YAP-ın III Qurultayının qəbul etdiyi qərarların, partiya sədri İlham Əliyevin çıxışından irəli gələn vəzifələrin layiqincə icrası istiqamətində ciddi səylər göstərdiyi qeyd olunub. Bu müddətdə Salyan rayon təşkilatının sıralarının genişləndiyi bildirilib. Hesabat məruzəsi dinlənildikdən sonra konfransın işində iştirak edən partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxış edərək, YAP-ın ölkənin aparıcı qüvvəsinə və partiyasına çevrilməsində onun banisi Heydər Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. M. Qurbanlı respublikanın bütün bölgələrində olduğu kimi, Salyan rayonunun da iqtisadi və mədəni həyatında çox böyük dəyişiklərin baş verdiyini, geniş tikinti-quruculuq işlərinin aparıldığını qeyd edib. Təşkilati məsələlərin müzakirəsi zamanı rayon təşkilatının sədri dəyişib və Cəbrayılov Rəşad Yasər oğlu yekdilliklə sədr seçilib. Həmçinin rayon təşkilatının 51 nəfərdən ibarət şurası və 15 nəfərdən ibarət idarə heyəti, 7 nəfərlik nəzarət-təftiş qrupunu seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR