Bank Of Baku

Azərbaycan müxalifətçiləri AŞPA-nın yaz sessiyasında iştirak etmək niyyətindədirlər

Azərbaycan müxalifətçiləri AŞPA-nın yaz sessiyasında iştirak etmək niyyətindədirlər
# 05 aprel 2007 15:01 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçiriləcək yaz sessiyasına dəvət alan AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Naminə İctimai Forumun (ANİF) sədri Eldar Namazov sessiyada iclasda iştirak etmək niyyətindədirlər. İ. Qəmbər APA-ya açıqlamasında bildirib ki, iclasda iştirak edib-etməyəcəyi ilə bağlı konkret qərarı sessiyada müzakirə olunacaq məsələlərin mövzusu və şərait bəlli olduqdan sonra verəcək. Bununla belə, o, iclasda, əsasən, Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti ilə bağlı məsələ qaldırmaq niyyətində olduğunu deyib. Ə. Kərimli isə APA-ya açıqlamasında ümumvətəndaşlıq pasportu olmadığından Strasburqa getməsində problemlərin yarana biləcəyini söyləyib. Problemin həll olunacağı halda, o, sessiyada iştirak edəcəyini və bir sıra problemlərlə bağlı məsələ qaldıracağını deyib.
Sessiyada iştirak edəcəyini qeyd edən E. Namazov APA-ya açıqlamasında iclasda Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, eləcə də digər məsələlərlə bağlı fikirlərini bildirəcəyini deyib.
Qeyd edək ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel sessiyada iştirak etmək üçün Milli Birlik Hərəkatının lideri Lalə Şövkətə də dəvət göndərib. L. Şövkətin iclasa qatılıb-qatılmayacağını öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR