Bank Of Baku

Sərdar Cəlaloğlunun tərəfdarları Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasını keçiriblər

Sərdar Cəlaloğlunun tərəfdarları Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasını keçiriblər
# 05 aprel 2007 15:08 (UTC +04:00)
Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. İclasda ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub. İctimai-siyasi vəziyyətlə bağlı İran ətrafında baş verən son hadisələr və Ukraynadakı mövcud hakimiyyət böhranına diqqət yetirilib. Toplantı iştirakçıları qonşu İranla bağlı yaranmış gərginlikdən narahat olduqlarını və bu problemin beynəlxalq hüquq normalarına uyğun, sülh yolu ilə həll olunmasının tərəfdarı olduqlarını bildiriblər. Partiya bu məsələdə Azərbaycanın beynəlxalq ictimaiyyətin mövqeyindən çıxış etməsini vacib sayıblar. TK sədrinin müavini Həsrət Rüstəmov isə təşkilati məsələlərlə bağlı məlumat verib. O, qurultaya hazırlıqla bağlı partiya Nizamnaməsinə uyğun olaraq növbəti həftə də konfransların davam edəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR