Bank Of Baku

Rəsul Quliyev hələlik ADP sədrliyinə namizədliyini irəli sürməyib

Rəsul Quliyev hələlik ADP sədrliyinə namizədliyini irəli sürməyib
# 05 aprel 2007 15:10 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi ADP qurultaya hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, rayon təşkilatlarının əksəriyyətində konfranslar keçirilib və qurultaya nümayəndələr seçilib. Sədr müavini bundan sonra cəmi 3 rayon təşkilatında konfransların keçiriləcəyini bildirib. Qurultayda sədrliyə namizədlərə gəldikdə, A. Şahbazov hələlik yalnız bir nəfərin bu iddianı ortaya qoyduğunu qeyd edib: “İndiyə qədər yalnız Yaqub Abbasov qurultaydan öz namizədliyini irəli sürəcəyini bildirib və buna əsaslanıb deyə bilərəm ki, 1 namizədimiz var. Rəsul Quliyev isə namizədliyi ilə bağlı bizimlə hər hansı müzakirə aparmayıb və belə bir niyyət açıqlamayıb”. A. Şahbazov Bakı Şəhər İcra Hakimiyyətinin qurultayın keçirilməsi ilə bağlı edilmiş müraciətə hələlik cavab vermədiyini deyib: “Biz müraciətimizdə 3 yer göstərmişik və güman edirik ki, bu yerlərdən birində tədbir keçirməyə razılıq veriləcək”.
Bakı Şəhər İcra Hakimiyyətindən isə APA-ya bildirilib ki, müraciət idarəyə daxil olub və araşdırma aparılır. Müraciətə qanunauyğun olaraq cavab veriləcəyi qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR