Bank Of Baku

Azərbaycan hökuməti “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun layihəsinin düzəlişlər edilmiş variantını aprelin sonunda Venesiya Komissiyasına təqdim edəcək

Azərbaycan hökuməti “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun layihəsinin düzəlişlər edilmiş variantını aprelin sonunda Venesiya Komissiyasına təqdim edəcək
# 05 aprel 2007 15:48 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında Venesiya Komissiyasının sözçüsü Alan Şable məlumat verib. Onun sözlərinə görə, Venesiya Komissiyası qanun layihəsinin yeni variantı ilə tanış olduqdan sonra Azərbaycan hökuməti ilə layihəyə rəsmi rəy verilməsinin zəruriliyini aydınlaşdırmağa çalışacaq: “Azərbaycan hökuməti ilə layihəyə rəsmi rəy verməyimizi istəyib-istəməyəcəklərini aydınlaşdıracağıq. Əgər Azərbaycan tərəfi razılıq versə, ekspertlərimiz layihənin Avropa standartlarına uyğun olub-olmamağı ilə bağlı rəy verəcəklər. Sonra isə bu rəy Bakıya göndəriləcək. Daha sonra isə may ayında Venesiya Komissiyasının nümayəndələri və Azərbaycan hökuməti məsləhətləşmələrin harada keçirilməsini dəqiqləşdirəcəklər”. Alan Şable məsləhətləşmələrin ya iyunda Bakıda, yaxud da sentyabrda Venesiyada keçirilə biləcəyini deyib. Bununla belə o, görüşün iyunda baş tutması ehtimalının az olduğunu deyib: “Çox güman ki, görüş Venesiya Komissiyasının sentyabrda keçiriləcək plenar sessiyası çərçivəsində baş tutacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR