Bank Of Baku

May ayında Elmar Məmmədyarovun Pakistana səfəri gözlənilir

May ayında Elmar Məmmədyarovun Pakistana səfəri gözlənilir
# 05 aprel 2007 15:56 (UTC +04:00)
İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin növbəti sessiyası mayın 15-17-də Pakistanda keçiriləcək. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib. Onun sözlərinə görə, adətən bu cür toplantılardan əvvəl sonuncu sessiyaya sədrlik etmiş ölkənin xarici işlər naziri hazırkı sədr-ölkəyə səfər edir. Bununla əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun may ayında Pakistana səfər edəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR