Bank Of Baku

Əli Kərimli: “Hazırda “Azadlıq” blokunun digər partiyalarla əməkdaşlığına dair danışıqlar aparılmasına ehtiyac yoxdur”

Əli Kərimli: “Hazırda “Azadlıq” blokunun digər partiyalarla əməkdaşlığına dair danışıqlar aparılmasına ehtiyac yoxdur”
# 05 aprel 2007 16:36 (UTC +04:00)
““Azadlıq” bloku qurumdan kənar partiyalarla yalnız konkret məsələlərlə bağlı əməkdaşlıq edə bilər. Belə məsələlərin olmayacağı halda, hər hansı əməkdaşlıq nəzərdə tutulmur”. Bu sözləri APA-ya açıqlamasında bloka daxil AXCP-nin sədri Əli Kərimli bildirib. “Azadlıq” blokunun 2007-ci il fəaliyyət istiqamətlərindən birinin məhz siyasi partiyalarla inteqrasiyanın genişləndirilməsi olduğunu xatırladan Ə. Kərimli bunun hansısa konkret məsələnin ortaya çıxacağı halda və müəyyən müddətdə mümkün olduğunu bildirib. Hazırda isə Ə. Kərimli digər partiyalarla əməkdaşlıqla bağlı danışıqların aparılmasına ehtiyac görmür. Blokun təşkilatlanma işinin gücləndirildiyini də bildirən Ə. Kərimli artıq Məclisin tam formalaşdırıldığını və bloka daxil olan partiyaların hər birindən 40 nümayəndənin bu qurumda təmisil olunduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR