Bank Of Baku

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev: “İşğal altında olan ərazilərimizdə törədilmiş yanğınlarla bağlı hesabat BMT Baş Assambleyasında bu ay müzakirə olunacaq”

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev: “İşğal altında olan ərazilərimizdə törədilmiş yanğınlarla bağlı hesabat BMT Baş Assambleyasında bu ay müzakirə olunacaq”
# 06 aprel 2007 07:31 (UTC +04:00)
Bu fikirləri APA-ya eksklüziv açıqlamasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev söyləyib. O, adı çəkilən hesabatın aprelin sonuna kimi müzakirə olunacağını bildirib: “Hesabatda göstərilir ki, bu sənəd aprelin 30-na kimi müzakirə olunmalı, bundan sonra isə BMT Baş Assambleyası öz təkliflərini verməlidir. Lakin, zəruri halda müzakirələrin müddətini başqa tarixə keçirmək olar. Düzdür, hazırda belə bir zərurət yaranmayıb və biz ATƏT-in Azərbaycanın işğal altında olan ərazilərində törədilmiş yanğınlarla bağlı hesabatını aprelin sonuna kimi müzakirə etməyi planlaşdırırıq”. Səfir BMT Baş Assambleyasının müzakirəsinə çıxarılacaq hesabatın bütün təfsilatı ilə tanış olduğunu deyib: “Hesabatda birmənalı şəkildə göstərilir ki, işğal altında olan ərazilərdə yanğınlar ciddi problemdir və bu problemin qarşısı mütləq alınmalıdır. Yanğının mümkün səbəbləri sırasında qoşunların təmas xəttində baş verən atışmaların olduğu da göstərilib”. Aqşin Mehdiyev GUAM ölkələri ərazisində “dondurulmuş münaqişələr”lə bağlı məsələnin BMT Baş Assambleyasının sessiyasının sonuna kimi müzakirəyə çıxarılacağını deyib. Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyası avqustda başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR