Bank Of Baku

Kommunist Partiyasının sədr müavini Ramiz Əhmədovu istefa verməyə çağırır

Kommunist Partiyasının sədr müavini Ramiz Əhmədovu istefa verməyə çağırır
# 06 aprel 2007 08:11 (UTC +04:00)
“Azərbaycan Kommunist Partiyasının sədri Ramiz Əhmədovun səhhətində problem olduğundan, Siyasi Şurada onun məsələsinə baxmaq istəmirik”. Bu sözləri APA-ya Azərbaycan Kommunist Partiyasının (AKP) sədr müavini Rauf Qurbanov bildirib. Onun sözlərinə görə, belə məqamlarda digər tərəfin özü təşəbbüs göstərməli və konkret qərar qəbul etməlidir. O, hələlik partiya sədri tərəfindən hər hansı bir addımın atılmadığını deyib: “Belə məqamlarda partiya rəhbəri öz xarakterini göstərməlidir. Ramiz Əhmədov isə belə söhbətlərin aparılmasından narazı qalır. Qurultay da Ramiz Əhmədovun səhhətindəki problem səbəbindən təxirə salındı. Hesab edirəm ki, belə sözləri normal qəbul etmək lazımdır. Həllik partiya əvvəlki şəkildə fəaliyyətini davam etdirir. MDB dövlətlərinin kommunist partiyaları da bizimlə maraqlanırlar. Onlar da Azərbaycan Kommunist Partiyasının fəaliyyətindəki durğunluqdan narahatdırlar”. AKP sədri Ramiz Əhmədovla danışmaq cəhdimiz isə baş tutmayıb. Ailəsindən APA-ya bildirilib ki, R.Əhmədov müalicə olunur və onunla danışmaq mümkün deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR