Bank Of Baku

YAP “Hərəmiz bir ağac əkək” kampaniyasında iştirak edəcək

YAP “Hərəmiz bir ağac əkək” kampaniyasında iştirak edəcək
# 06 aprel 2007 09:02 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Hərəmiz bir ağac əkək” kampaniyasında iştirak edəcək. Bu barədə APA-ya partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib. Onun sözlərinə görə, kampaniya çərçivəsində sabah Bayıl yamacında 2001-ci ildə torpaq sürüşməsi baş vermiş ərazidə iməcilik keçirəcək. H. Paşayev bildirib ki, tədbirdə YAP rəhbərliyi və üzvləri iştirak edəcək. Onlar əraziyə yeni ağaclar əkəcək və digər ağacların diblərini belləyəcəklər. H. Paşayev sürüşmə baş vermiş ərazidə məhz YAP tərəfindən bağ salındığını və hər il bu ərazidə partiya tərəfindən iməcilik keçirildiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR