Bank Of Baku

İsveş parlamentinin deputatları Abbas Lisani ilə bağlı İran rəhbərliyinə müraciət ediblər

İsveş parlamentinin deputatları Abbas Lisani ilə bağlı İran rəhbərliyinə müraciət ediblər
# 06 aprel 2007 09:17 (UTC +04:00)
İsveç parlamenti - Riksdaqın insan haqları qrupuna daxil olan bir qrup millət vəkili İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Abbas Lisaninin taleyi ilə əlaqədar İranın ali dini rəhbəri, ayətullah Seyid Əli Xamneyi və bu ölkənin məhkəmə orqanlarının başçısı, ayətullah Mahmud Haşimi Şahrudiyə müraciət qəbul ediblər. İsveç Azərbaycan Gəncləri Federasiyasının sədri Nərgiz Nədainin APA-ya verdiyi məlumata görə, müraciət müəllifləri 27 may 2006-cı ildə Ərdəbildə dinc nümayiş zamanı həbs edilən və 18 ay həbsə məhkum olunan Abbas Lisaninin məsələsindən narahatlıqlarını bildiriblər. Sənəddə deyilir ki, İsveç qanunvericilik orqanının təmsilçiləri azərbaycanlı dustağı öz rəyini qeyri-zorakı şəkildə ifadə etdiyi üçün həbs olunmuş vicdan məhbusu hesab edirlər və onun dərhal, qeyd-şərtsiz azadlığa buraxılmasını vacib sayırlar: “Abbas Lisani özü zorakılığın əleyhinə olub və nümayişçilərin heç biri tərəfindən zorakılığın tətbiqini müdafiə etməyib”. Müraciət müəllifləri aldıqları məlumatlara əsasən A. Lisaninin ailəsinin hədələnməsi və qorxudulması hallarına görə də narahatlıqlarını ifadə ediblər. Sənədi Riksdaqın 20 deputatı imzalayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR