Bank Of Baku

MSK Venesiya Komissiyasına müraciət edib

MSK Venesiya Komissiyasına müraciət edib
# 06 aprel 2007 09:42 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası “MSK-ya daxil olan şikayətlərin baxılma qaydaları barədə Təlimat”a əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyasına müraciət edib. Bu barədə APA-ya qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, mövcud təlimat məhz Venesiya Komissiyası ekspertlərinin iştirakı ilə hazırlanıb və onların təklifləri nəzərə alınıb: “Amma sonuncu seçkilərdən sonra bu təlimatla əlaqədar həm yerli, həm də beynəlxalq təşkilatlar tərəfindən bəzi iradlar səsləndi. Buna görə də MSK rəhbərliyi Venesiya Komissiyasına müraciət edərək bu təlimatın dəyişdirilməsinə nə qədər ehtiyac olduğunu soruşub”. R. Qasımov hələlik müraciətə cavab verilmədiyini deyib. O, təlimatın dəyişdirilməsinə ehtiyac olacağı halda Venesiya Komissiyası ekspertlərinin iştirakı ilə yenidən müzakirələrin başlayacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR