Bank Of Baku

Azərbaycanda Qaqauz Yeri muxtar bölgəsinin daimi nümayəndəliyi açılacaq

Azərbaycanda Qaqauz Yeri muxtar bölgəsinin daimi nümayəndəliyi açılacaq
# 06 aprel 2007 10:02 (UTC +04:00)
Azərbaycanda Qaqauz Yeri muxtar bölgəsinin daimi nümayəndəliyi açılacaq. APA-nın Şərqi Avropa bürosunun Qaqauz Yeri muxtar bölgəsinin başqanlığının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakıda bu regionun daimi nümayəndəliyi təsis olunacaq. Həmin addım Qaqauziya hökumətinin yanvarın 15-də qəbul edilmiş fəaliyyət strategiyası çərçivəsində atılıb. Paralel olaraq muxtar bölgənin Baltik ölkələri, Rusiya, Bolqarıstan və Türkiyədə təmsilçiliklərinin açılması nəzərdə tutulur. Yaxın vaxtlarda qaqauz xalqının rəsmən ən çox yaşadığı ölkə olan Ukraynada belə bir orqan təsis ediləcək. Bu məsələ Qaqauz Yeri hökumətinin son iclasında öz müsbət həllini tapıb və indi muxtariyyətin Xalq Topluşunun (parlamenti) onu təsdiq etməsi gözlənilir. Onun rəhbərliyinə Ukrayna Qaqauzlar İttifaqının rəhbərləri Vasili Kelioğlu və Afanasi Mollanın gətirilməsi nəzərdə tutulub. Hal-hazırda muxtar bölgənin yalnız Yunanıstanda daimi nümayəndəliyi fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR