Bank Of Baku

“Azərbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətin konfransı təxirə salınıb

“Azərbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətin konfransı təxirə salınıb
# 06 aprel 2007 10:03 (UTC +04:00)
Rəsul Quliyevin təşəbbüsü ilə yaradılan “Azərbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətin konfransı təxirə salınıb. Səbəb R. Quliyev tərəfdarlarının ADP-nin qurultayına hazırlaşmaları ilə bağlıdır. Bu barədə APA-ya cəmiyyətin Azərbaycan bölməsinin rəhbəri Zəminə Dünyamalıyeva məlumat verib. Onun sözlərinə görə, konfransa hazırlıq işlərinin böyük hissəsi başa çatdırılıb, üzvlər cəlb olunub. Z. Dünyamalıyeva təşkilata ayrı-ayrı siyasi partiyaların üzvlərinin də qoşulduğunu qeyd edib: “Bu, könüllü birlikdir və biz quruma qoşulanların hansı partiyanın üzvü olduğu ilə maraqlanmırıq”. Z. Dünyamalıyeva ADP-nin qurultayından dərhal sonra “Azərbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətin konfransının keçirilməsi ilə bağlı hazırlıqlara başlayacaqlarını deyib. O, həmçinin təşkilatın qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə yenidən müraciət etdiklərini bildirib: “Ədliyyə Nazirliyi qeydiyyat sənədlərini geri qaytardığı üçün biz onun üzərində yenidən işlədik. Ümid edirik ki, müraciətimizə müsbət cavab veriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR