Bank Of Baku

Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilib

Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilib
# 06 aprel 2007 11:15 (UTC +04:00)
Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna əlavə və dəyişiklik edilməsi haqqında məsələ müzakirə edilib. Komissiyanın sədri Arif Rəhimzadə bildirib ki, hazırda qüvvədə olan qanunun qəbul olunmasından xeyli vaxt ötüb: “Bu müddətdə ölkənin ərazi inzibati vahidlərində ciddi dəyişikliklər baş verib. Həmin dəyişikliklər qanunda öz əksini tapmalıdır. Ona görə də, bu qanuna dəyişikliklər təklif olunur. Dəyişikliklərə əsasən, ərazi inzibati vahidlərinin dəqiqləşdirilməsi aparılır”. Müzakirələrdən sonra qanun layihəsi parlamentə tövsiyə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR