Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti ADP-nin Rəsul Quliyevin rəhbərlik etdiyi qanadına qurultay keçirmək üçün yer ayırıb

Bakı şəhər İcra Hakimiyyəti ADP-nin Rəsul Quliyevin rəhbərlik etdiyi qanadına qurultay keçirmək üçün yer ayırıb
# 06 aprel 2007 13:26 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Demokrat Partiyasının (ADP) Rəsul Quliyevin rəhbərlik etdiyi qanadına qurultay keçirməsi üçün müvafiq yer ayırıb. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, şəhər rəhbərliyi qurultayın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən Rəsulzadə аdınа Mədəniyyət Sarayında keçirilməsinə razılıq verib. Y. Abbasov bildirib ki, sözügedən saray Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin tabeçiliyindədir. Buna görə də sarayın icarə qiymətlərini öyrənmək üçün bu günlərdə partiya təmsilçiləri idarə rəhbərliyi ilə görüşəcəklər. Tədbir aprelin 14-də keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR