Bank Of Baku

AXCP sədri Əli Kərimli ümumvətəndaşlıq pasportu ilə təmin olunması xahişi ilə bu gün baş prokuror və daxili işlər nazirinə müraciət edib

AXCP sədri Əli Kərimli ümumvətəndaşlıq pasportu ilə təmin olunması xahişi ilə bu gün baş prokuror və daxili işlər nazirinə müraciət edib
# 06 aprel 2007 14:41 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ümumvətəndaşlıq pasportu ilə təmin olunması xahişi ilə bu gün baş prokuror və daxili işlər nazirinə müraciət edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Müraciətdə 2001-ci ilin iyununda aldığı ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyi üçün 2006-cı ilin iyununda yeni pasport almaq məqsədilə DİN-nin Pasport Qeydiyyatı İdarəsinə müraciət etdiyini bildirən Ə. Kərimli süni problemlərlə qarşılaşdığını qeyd edib. 1994-cü ildə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən haqqında qaldırılmış cinayət işini əsas gətirərək müvafiq dövlət qurumunun onu pasportla təmin etmədiyini bildirən partiya sədri məsələ ilə bağlı prokurorluq və məhkəməyə üz tutduğunu vurğulayıb. Ə. Kərimli pasportla təmin olunmadığı üçün dəvət edildiyi bir çox beynəlxalq konfransların işində iştirak edə bilmədiyini bildirib. Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel tərəfindən aprelin 16-dan 20-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının iclasında iştirak etməyə dəvət aldığını qeyd edən Ə. Kərimli pasport probleminin həll olunmasını xahiş edib. Partiya sədri Andres Herkelin dəvətnaməsini də müraciətə əlavə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR