Bank Of Baku

Arzu Abdullayeva: “Yəqin ki, ermənilər Samir Məmmədova Azərbaycana qayıtdıqdan sonra həbs olunacağını deyirlər”

Arzu Abdullayeva: “Yəqin ki, ermənilər Samir Məmmədova Azərbaycana qayıtdıqdan sonra həbs olunacağını deyirlər”
# 06 aprel 2007 16:43 (UTC +04:00)
“Azərbaycan hökuməti əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Samir Məmmədova zəmanət verməlidir ki, qayıtdıqdan sonra o, həbs olunmayacaq. Fikrimcə, onun əsir düşməsində özündən çox, komandirlərin günahı var”. Bu sözləri APA-ya açıqlamasında Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin (HVAAMK) sədri Arzu Abdullayeva deyib. O bildirib ki, əslində S. Məmmədovun müdafiəsi dövlət tərəfindən təşkil olunmalı və orduda belə halların qarşısının alınması üçün əlavə tədbirlər görülməlidir. A. Abdullayeva S. Məmmədova əsirlikdə işgəncə verilmədiyinə əmindir: “Hesab edirəm ki, ermənilər Azərbaycan mətbuatında yazılanlarla bağlı Samir Məmmədovu məlumatlandırırlar. Yəqin ki, ona Azərbaycana qayıtdıqdan sonra həbs olunacağını deyirlər. Aidiyyəti dövlət qurumları öz günahlarını əsgərin üstünə atmamalıdır. Samir Məmmədova bildirilməlidir ki, Azərbaycana qayıtdıqdan sonra onu vətənə xəyanət ittihamı və dəmir barmaqlıqlar gözləmir. Çünki o, digər hərbi qulluqçuların hazırda həbsdə olduğunu bilir”. A. Abdullayeva Milli Təhlükəsizlik Nazirliyini orduda baş verənlərlə bağlı tədbir görməyə də çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR