Bank Of Baku

Elmira Süleymanova Avropa ombudsmanlarının X dəyirmi masasında iştirak edəcək

Elmira Süleymanova Avropa ombudsmanlarının X dəyirmi masasında iştirak edəcək
# 06 aprel 2007 16:44 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 12-13 aprel 2007-cı il tarixdə Yunanıstanın paytaxtı Afina şəhərində keçiriləcək Avropa ombudsmanlarının X dəyirmi masasında iştirak edəcək. O, bu mötəbər toplantıya Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı T. Hammerberq və Yunanıstan Ombudsmanı Y. Kaminis tərəfindən dəvət olunub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “İnsan hüquqlarının təmin edilməsi və Avropada qanunun aliliyi” mövzusuna həsr olunmuş beynəlxalq tədbirin açılışında Yunanıstan Respublikasının prezidenti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və Yunanıstan ombudsmanı iştirak edəcəklər. Avropa Ombudsmanı N. Diamandurosun “Ombudsmanlar və milli insan hüquqları təsisatlarının müstəqilliyinin effektivliyi və məsuliyyətinin gücləndirilməsi” mövzusunda məruzəsi dinləniləcək. Üç plenar sessiya üzrə keçiriləcək dəyirmi masada iştirakçılar milli insan hüquqları təsisatlarının AŞ İnsan Hüquqları üzrə Komissarlığı ilə əməkdaşlığının səmərəliliyinin artırılması, yeni formaları, Avropa İnsan Hüquqları Konvensiyasının həyata keçirilməsinə nəzarət mexanizminin təkmilləşdirilməsi və digər məsələləri müzakirə edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR