Bank Of Baku

Elmar Məmmədyarov BMT baş katibinin məcburi köçkünlərin hüquqları üzrə nümayəndəsini qəbul edib

Elmar Məmmədyarov BMT baş katibinin məcburi köçkünlərin hüquqları üzrə nümayəndəsini qəbul edib
# 06 aprel 2007 17:04 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibinin məcburi köçkünlərin hüquqları üzrə nümayəndəsi Valter Kalini qəbul edib. XİN-in Mətbuat və İnformasiya İdarəsindən APA-ya verilən məlumata görə, nazir ölkəmizdə qaçqın və məcburi köçkünlərin ağır şəraitinin həm iqtisadi, həm də humanitar fəsadları haqda danışaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Praqa prosesi çərçivəsində sülh danışıqlarının davam etdirildiyini bildirib. Qonaq isə öz növbəsində Azərbaycana səfərinin məqsədinin vəziyyətlə yerində tanış olmaq və missiyasının sonunda BMT-nin İnsan Hüquqları Şurasına məruzə etmək olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR