Bank Of Baku

Zakir Nəsirov işgəncələrə məruz qalması barədə məlumatları təkzib edib

Zakir Nəsirov işgəncələrə məruz qalması barədə məlumatları təkzib edib
# 06 aprel 2007 17:06 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Zakir Nəsirov işgəncələrə və qeyri-insani rəftara məruz qalması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını, təcridxanada saxlanma şəraitindən narazı qalmadığını, saxlanıldığı müddət ərzində müəssisənin əməkdaşları tərəfindən ona qarşı işgəncəyə, zorakılıq hallarına və insan ləyaqətini alçaldan münasibətə, təzyiqlərə yol verilmədiyini qeyd edib. Z. Nəsirov barəsində olan məhkəmə hökmündən və istintaqın düzgün aparılmamasından narazı olduğunu, bununla bağlı apellyasiya şikayəti verildiyini bildirib. Söhbətdə Zakir Nəsirovun vəkili Adil İsmayılov da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR