Bank Of Baku

YAP rəhbərliyi “Hərəyə bir ağac əkək” kampaniyasında iştirak edib

YAP rəhbərliyi “Hərəyə bir ağac əkək” kampaniyasında iştirak edib
# 07 aprel 2007 09:27 (UTC +04:00)
APA-nın məlumatına görə, kampaniya çərçivəsində partiya rəhbərliyi və üzvləri bu gün Bayılda 2001-ci ildə sürüşmə baş vermiş ərazidə 2000-dək ağac əkiblər. Aksiyaya YAP sədrinin müavini, icraçı katib Əli Əhmədov, Milli Məclis sədrinin və YAP icraçı katibinin müavini Bahar Muradova, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, YAP Siyasi Şurasının üzvləri Siyavuş Novruzov, Kərim Kərimli, Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov və digər məsul şəxslər qatılıblar. Ə. Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, partiya aksiya çərçivəsində tədbirləri davam etdirəcək. O, Bayıl yamacındakı bağın məhz YAP tərəfindən salındığını, hər il ənənəvi olaraq ağaclara qulluq göstərilməsi üçün iməciliyin keçirildiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR