Bank Of Baku

Bahar Muradova: “Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təklifi qəbul edilməyəcək”

Bahar Muradova: “Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təklifi qəbul edilməyəcək”
# 07 aprel 2007 09:45 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclis sədrinin müavini Bahar Muradova məlumat verib. Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təklifinə münasibət bildirən B. Muradovanın fikrincə, bu variant qəbul edilməyəcək: “Seçki komissiyalarını hansısa partiyanın asılılığında saxlamaq düzgün olmaz. Biz düşünürük ki, komissiyalarda dəyişikliklər olacaq, amma komissiyalar partiya üzvlərindən ibarət yox, peşəkar şəxslərdən formalaşdırılmalıdır. Hələlik müzakirələr nəticəsində hansı razılığın olacağı bilinmir. Amma etibarlı komissiyaların yaranması üçün məhz peşəkarlardan istifadə olunmalıdır”. Həmin şəxslərin namizədliyinin hansı qurum tərəfindən irəli sürüləcəyinə gəldikdə, B. Muradova bildirib ki, bununla bağlı dünyada müxtəlif təcrübələr var və onlardan birinin üzərində dayanmaq mümkündür. Müsavat Partiyasının Seçki Məcəlləsi ilə bağlı parlamentə təqdim etdiyi təkliflərə toxunan B. Muradovanın sözlərinə görə, sözügedən layihə rəhbərliyə çatıb, amma hələlik bununla bağlı heç bir müzakirə aparılmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR