Bank Of Baku

Bahar Muradova: “ADP-dəki vəziyyət bu partiyanın dialoq prosesində tərəf olaraq iştirakını arxa plana keçirir”

Bahar Muradova: “ADP-dəki vəziyyət bu partiyanın dialoq prosesində tərəf olaraq iştirakını arxa plana keçirir”
# 07 aprel 2007 09:51 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyası həmişə dialoq tərəfdarı olub və bu prosesin baş tutmasına çalışıb. Amma dialoqun predmetinin nə olacağı müəyyənləşməlidir”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclis sədrinin və YAP icraçı katibinin müavini Bahar Muradova deyib. YAP-ın partiya olaraq dialoqlardan ümummilli problemlərin həllində ortaq mövqenin əldə edilməsini gözlədiyini bildirən B. Muradova qarşı tərəflərdən tamamilə başqa məqsədli dialoq təkliflərinin irəli sürüldüyünü qeyd edib. Bu məqsədlər barədə danışmaq istəməyən B. Muradova hesab edir ki, əgər ADP bu dəfə də dialoq fikrində səmimi olmasa, o zaman heç bir nəticə əldə edilməyəcək: “Onu da nəzərə almaq lazımdır ki, hazırda ADP-də vəziyyət o həddədir ki, onlar qurum olaraq formalaşma problemi ilə üz-üzədirlər. Onların hansını rəsmi qurumlar və cəmiyyət ADP kimi qəbul edəcək, bəlli deyil. Bu məsələ ADP-nin dialoq prosesində tərəf olaraq iştirakını arxa plana keçirir. Amma istənilən halda biz bu dialoqları təşkil etməyə və orada iştiraka hazırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR