Bank Of Baku

Azərbaycan NATO PA-nın sessiyasında nəzarətsiz ərazilərlə bağlı məsələ qaldıracaq

Azərbaycan NATO PA-nın sessiyasında nəzarətsiz ərazilərlə bağlı məsələ qaldıracaq
# 07 aprel 2007 10:02 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov məlumat verib. Sessiyanın mayın sonunda İspaniyada keçiriləcəyini bildirən S. Novruzov sessiya çərçivəsində PA-nın Müdafiə, Təhlükəsizlik, Siyasi Məsələlər və Mülki Standartlar komitələrinin iclasları keçiriləcəyini qeyd edib. Toplantıda əsasən İran və Əfqanıstanla bağlı müzakirələrin aparılması nəzərdə tutulub. Regionla bağlı isə enerji təhlükəsizliyi haqqında məsələnin gündəliyə salındığını vurğulayan S. Novruzov NATO-Rusiya münasibətlərinin də müzakirə mövzusu olacağını söyləyib. O, Azərbaycan nümayəndə heyətinin qanunsuz toplanılan silahlar və nəzarətsiz ərazilərlə bağlı məsələ qaldırmaq niyyətində olduğunu açıqlayıb: “Çünki nəzarətsiz ərazilər təkcə Azərbaycan üçün deyil, NATO üzvü olan dövlətlər üçün də problemlər yaradır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR